Rusiya Federasiyası 2017/2018- ci tədris ili üzrə təqaüd proqramı elan edib. Təhsil Nazirliyinin məlumatında deyilir ki, təqaüdlə bağlı yanvarın 9-dək müraciət etmək olar.
Müraciət üçün namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır. Qeydiyyat başa çatdıqdan sonra birinci mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcək. Birinci mərhələdən uğurla keçənlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq. Ali təhsil müəssisələri, universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф, www.russia-edu.ru internet səhifələrində tanış olmaq mümkündür.
Əlaqə vasitələri: [email protected] , iş günləri, saat: 11.00-dan 13.00-dək tel:+994124964500 (Ponomaryova Yuliya Valeryevna), [email protected]
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB