Məktəblilərarası I Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb FOTOLAR

Məktəblilərarası I Məntiq Olimpiadasının qalibləri mükafatlandırılıb FOTOLAR

Bu gün Lütfi Zadə adına Məktəblilər arası I Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Nizami Kİno Mərkəzində keçirilən tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən video çarx nümayiş olunub, olimpiada haqqında qısa hesabah nəzərə çatdırılıb.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, "İstək" liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökümət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində həyata keçirilən olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq məqsədilə təşkil olunub: "Olimpiada şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək. Məktəblilərin marağı nəzərə alınaraq olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub.

Məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagird iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Qalib olan uşaqların bundan sonrsı həyatlarını düzgün istiqamətləndirilməsi müəllimlərinin və valideynlərinin öhdəsinə düşür. Bu uşaqlara xüsusi qayğı göstərilməlidir. Qalib olan şagirdlərimizi təbrik edirəm, dərslərində uğurlar arzu edirəm".

Daha sonra "İstək" liseyinin direktoru Anar Məmmədov da tədbir haqqında fikirlərini bildirib: "Prezident İlham Əliyevin xüsusi diqəti nəticəsində təhsilimizlə bağlı müxtəlif layihələr keçirilir. Təhsilə göstərilən cür qayğıdan sonra valideynlərin və müəllimlərin üzərinə xüsusi məsuliyyət düşür. Onu da qeyd edim ki, bu layihəni keçirməyimizdə Təhsil Nazirliyinə və Bakı Şəhər üzrə Təhsil İdarəsinə təşəkkür edirəm. Məktəblilərarası I Məntiq Olimpiadasının qaliblərini də təbrik edirəm".

Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə