Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "İmtahan stressi və onun aradan qaldırılması yolları" mövzusunda seminar keçirilib. Universitetdən Sİa-ya verilən xəbərə görə, tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov iştirak edib.
Tədbir iştirakçılarını salamlayan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev imtahan stressi ilə bağlı seminarın əhəmiyyətini qeyd edərək məruzə üçün sözü Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova verib. Elnur Rüstəmov tələbələrə imtahan həyəcanının yaranma səbəbləri, həyəcanın yaratdığı fəsadlar və bu fəsadları aradan qaldırma yolları barədə geniş məlumat verib. Bununla yanaşı sosial adaptasiya problemlərinə də toxunan psixoloq bu cür faktorların da həyəcanın aradan qaldırılmasında böyük rol oynadığını qeyd edib. Seminarda zamanın idarə olunması, özünüinkişaf, şəxsiyyətin formalaşması, pis vərdişlər kimi mövzular da müzakirə olunub.
Sonda Elnur Rüstəmov tələbələri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB