BANM-da II Elm Festivalı çərçivəsində tədbir həyata keçirildi

BANM-da II Elm Festivalı çərçivəsində tədbir həyata keçirildi

Bakı Ali Neft Məktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilib. BANM-dan SİA-ya verilən məlumata görə, rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, elminvacibliyini vurğulayıb. Rektor Ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışaraq, Prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb. O qeyd edib ki, bu festival elmin inkişafına böyük təkan verəcək.

Tədbir çərçivəsində BANM-ın professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-ın fəlsəfə doktoru Sənan Eminov və "Kimya Mühəndisliyi" ixtisasının V kurs tələbəsi, "İlin gənc tədqiqatçısı" müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər. Tədbirin ədəbi-bədii hissəsində BANM-ın tələbələri maraqlı ifaları və səhnəcikləri ilə iştirakçıların zövqlərini oxşayıblar. Həmçinin əməkdaşların və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil edilib.

Qeyd edək ki, oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsədiləreallaşdırılan"II Azərbaycan Elm Festivalı" 5 noyabr 2016-cı il tarixinə kimi Respublikanın Naxçıvan, Şəki, Sumqayıt və Gəncə kimi bölgələrində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə