Bəzi məktəblər lisey-gimnaziyaya çevriləcək

Bəzi məktəblər lisey-gimnaziyaya çevriləcək

"Bakının ətraf qəsəbələrində bəzi məktəblər lisey-gimnaziya kimi fəaliyyət göstərəcək". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, paytaxt ətrafı qəsəbələrdə məktəblərin lisey-gimnaziyalara çevrilməsi məktəb şəbəkəsinin rasionallaşdırılması məqsədilə həyata keçiriləcək.

"Məktəb şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təkliflərə birtərəfli baxmırıq. Məsələn, Bakıda 161 nömrəli məktəbin fəaliyyətin dayandırılmasının əsas səbəbi həmin ərazidə şagird kontingentinin azlığından irəli gəlib. Keçmiş Sovetski adlanan ərazidə söküntü işləri aparıldığından əhalinin böyük bir qismi oradan köçürülüb və nəticədə həmin məktəbdə şagirdlərin sayı azalıb. Gələcəkdə də bizdən asılı olmayan səbəbdən hansısa ərazidə şagiirdlərin sayı azalan məktəblər müşahidə olunarsa, onlar da eyni qayda ilə rasionallaşdırılacaq"- deyə, idarə müdiri qeyd edib.

M. Vəliyeva əlavə edib ki, bu gün paytaxtın bir çox ərazilərindəki məktəblərdə şagird sıxlığı müşahidə olunur: "Həmin məktəblərlə bağlı artıq Təhsil İdarəsi Təhsil Nazirliyinə müvafiq təkliflərlə müraciət edib. Şagird sıxlığı olan ərazidə əhalinin sıxlığı da müşahidə olunur. Bu problemin həlli yalnız təhsil sahəsindən asılı deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə