Nazir qəbul keçirir

Bu gün təhsil naziri Mikayıl Cabbarov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Olimpiya Kompleksində vətəndaşları qəbul edir. SİA-nın xəbərinə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin, həmin rayonlardamüvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciəti dinlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə