“Sağlam həyat sürək”devizi ADU-da

Azərbaycan Dillər Universitetində (ADU) Heydər Əliyev Fondunun təşəbbüsü Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Sağlam həyat sürək"devizi altında mayın 1-də baş tutacaq marafon yürüşü haqqında maarifləndirici tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Bakı Marafon klubunun rəhbəri Firdovsi Kərimov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və universitetin tələbələri iştirak edirdilər.

İlk olaraq professor Ələddin Əliyev tədbiri açaraq qonaqları tədbir iştirakçılarına təqdim etdi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Qeyrət Şirəliyev bu layihənin əsas məqsədinin Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirmək, həmçinin Azərbaycanda Marafon ənənəsini inkişaf etdirmək olduğunu dedi və əldə edilən gəlirin isə xeyriyyə fondlarına veriləcəyini qeyd etdi.

Marafonun tarixindən haqqında məlumat verən Bakı Marafon Klubunun rəhbəri Firdovsi Kərimov marafonun Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 km məsafədə olacağını bildirdi. O, 16 yaşdan yuxarı statusundan asılı olmayaraq hər bir kəsin əvvəlcədən qeydiyyatdan keçərək marafonda iştirak edə biləcəyini qeyd etdi, I, II, III yerlərin sahiblərinə müvafiq pul mükafatının, ilk 100 nəfərə isə digər hədiyyələrin təqdim olunacağını iştirakçıların nəzərinə çatdırdı.

İnteraktiv şəkildə keçən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə