Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə Regional Bölməsi bu il keçiriləcək imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlərə başlayıb. Gəncədə iki gün davam edəcək treninqdə 572 nəfər nəzarətçi-müəllim iştirak edəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, treninq Cəfər Cabbarlı adına Gəncə şəhər 6 nömrəli tam orta məktəbdə 4 sinif otağında keçirilir. Pedaqoqlara nəzarətçinin hüquq və vəzifələri, davranış qaydaları, abituriyentlərlə işin təşkili, eləcə də digər zəruri məsələlər izah olunur. Bu məlumatlardan təcrübəsi az olan və ilk dəfə nəzarətçi olacaq 61 nəfər müəllim də yararlanır.
Qeyd edək ki, iştirakçıların bütün sualları cavablandırılıb, nəzarətçilər üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib. Nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB