317 saylı məktəbdə "Fizika gecəsi" keçirilib FOTOLAR

317 saylı məktəbdə "Fizika gecəsi" keçirilib FOTOLAR

Bu gün Suraxanı rayon 317 saylı tam orta məktəbdə "Fizika gecəsi" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə məktəbin direktoru Əliqismət Səfərov, müəllim və şagird kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Əlqismət Səfərov bildirib ki, fənn gecələrinin təşkili rəhbərlik etdiyi məktəbdə artıq bir ənənəyə çevrilərək özünü doğruldub: "Bu cür tədbirlərin keçirilməsi fənlərin tədrisi keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə xidmət edir. O cümlədən də bu tədbirlər proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə həvəsini artırır, dünyagörüşünü genişləndirir, elmi məlumatlarını zənginləşdirir".

Sonra şagirdlər tanınmış fiziklərin həyatına nəzər salaraq, fizikaya aid təcrübələr aparıblar. Tapmacalar və səhnəciklər göstərilib.

Çıxış edənlər keçirilən tədbirin əhəmiyyətindən danışıb və məktəblilərlə birgə olmalarından məmnun olduqlarını bildiriblər.

Tədbir diskussiya şəklində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə