ADU-da Hindi dili günü qeyd olundu FOTOLAR

ADU-da Hindi dili günü qeyd olundu FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) universitetdə fəaliyyət göstərən Hindistan mərkəzi və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "10 yanvar Dünya Hindi dili günü"nə həsr olunmuş tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana və onun xanımı Barbara Rana, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, səfirliyin əməkdaşları, Azərbaycanda yaşayan hindistanlılar və universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbirdə öncə iştirakçılara hindi dili haqqında geniş məlumat verilib. Hindi dilinin 258 milyon insan tərəfindən ana dili kimi istifadə edildiyi və dünyada 2-ci böyük dil olduğu qeyd olunub.

Növbəti dəfə ADU-da olmaqdan məmnun olduğunu dilə gətirən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana tədbirdə iştirak edən hər kəsə təşəkkür edib. O, səfirliyin ADU-da fəaliyyət göstərən Hindistan mərkəzi ilə birgə bir çox tədbirlər keçirdiyini qeyd edib. Səfir ADU-da hindi dilinin tədrisini yüksək qiymətləndirdi və bunun iki ölkə arasında olan dostluq münasibətlərini daha da inkişaf etdiriyini vurğlayıb.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev hindistanlı qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, hər il universitetə Hindistanşünaslıq ixtisasında təhsil almaq üçün kifayət qədər tələbənin müraciət etdiyini qeyd edib. O, bu ixtisasda təhsil alan tələbələrin Hindistanın dilini, mədəniyyətini, tarixini yaxından öyrəndiklərini söyləyib.

Tədbirin bədii hissəsində müxtəlif şeirlər söyləndi, rəqslər nümayiş olunub.

Daha sonra hindi dilinin geniş təbliğ olunmasında yaxından köməklik göstərdiklərinə görə universitetin Hindistan mərkəzinin əməkdaşlarına və fəal tələbələrə sertifikatlar verilib.

Sonda Hindistanın milli mətbəxindən olan müxtəlif yeməklər qonaqlara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə