Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir. BŞTİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti səyyar qəbul noyabrın 13-də keçiriləcək. Məlumatda bildirilib ki, 27 saylı məktəbdə keçiriləcək səyyar qəbula Xətai və Suraxanı rayonlarının məktəblərinin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB