ADU əməkdaşları diqqətdən kənarda qalmır

ADU əməkdaşları diqqətdən kənarda qalmır

Azərbaycan Dillər Universitetinin Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin təbliğində, təhsilin inkişafında xüsusi xidmətləri var və bunu davam etdirir. Universitetdən SİA-ya verilən məlumata görə, ali məktəb öz əməkdaşlarına daim xüsusi diqqət və qayğı ilə yanaşır.

Rektor Səməd Seyidovun təşəbbüsü ilə universitetin Elmi Şurasının qərarına əsasən yaradılan Sosial – İqtisadi Məsələlər üzrə komissiya bu istiqamətdə önəmli addımlar atır. Yarandığı gündən indiyə qədər böyük uğurlara imza atmış Azərbaycan Dillər Universitetinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, ölkəmizin elmi potensialının güclənməsində xidmətləri olmuş, uzun illər universitetdə çalışan, hal-hazırda təqaüddə olan şəxslərin ziyarət edilməsi ilə bağlı komissiya qərarlar qəbul edib. Bu artıq ADU – da ənənə halını alıb. Bu ənənəyə sadiq qalaraq bu günlərdə bir neçə qocaman universitet əməkdaşı ziyarət olunublar.

Uzun illər ərzində APXDİ-nin Elmi işlər üzrə prorektoru vəzifəsində çalışan professor Sayadulla Babayev, 1994-cü ildən 2000-ci ilə qədər Azərbaycan Pedaqoji Dillər İnstitutunda Tərbiyə işləri üzrə prorektor kimi çalışan Ələsgər Əlizadə, həyatının çox illərini ADU ilə bölüşən dosent Sadıq Seyidzadə, II Xarici dil kafedrasının baş müəllimi Zemfira Şahbazova ziyarət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə