Sənəd qəbulunun vaxtı uzadıldı

Sənəd qəbulunun vaxtı uzadıldı

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb. Bakı Şəhəri üzrə Təhsil idarəsindən SİA-ya verilən xəbərə görə, iyunun 15-dən etibarən 1 sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılmış işçi qruplarına təqdim edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə