Təhsil Nazirliyi işçilərini mükafatlandırıb TƏDBİR

Təhsil Nazirliyi işçilərini mükafatlandırıb TƏDBİR

Təhsil Nazirliyi İKT savadlılığının artırılması üzrə təlimlərdə iştirak edən ibtidai sinif müəllimlərini və inzibati heyət işçilərini mükafatlandırıb. SİA xəbər verir ki, mükafatlandırılma mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.

Çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov 2014-2015-ci tədris ilində bu sahədə edilən yeniliklər barədə iştirakçılara məlumat verərək qeyd edib ki, ötən tədris ilində 50-dən artıq elektron dərslik sayta yerləşdirilib: "Yeni tədris ilində isə elektron dərslik sayının 80-ə çatdırılması nəzərdə tutulub. Həmçinin sayta 3000-dən artıq video-dərs yerləşdirilib. Hər kəs sayta girib, dərs proseslərini izləyə bilər. Bundan başqa, təhsil sistemində mövcud resursların artırılması istiqamətində mühüm addımlar atılır".

Daha sonra çıxış edənlər həyata keçirilən təlimlər barədə ətraflı məlumat verərək bildiriblər ki, ilkin olaraq 3 320 nəfər ibtidai sinif müəllimi və inzibati heyət bilavasitə Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə diaqnostik qiymətləndirilmədə iştirak edib: "Bunlardan 519 nəfər İKT sahəsində baza biliklərinə malik olduğu üçün təlimlərə cəlb olunmadan birbaşa sertifikata layiq görülüblər. Onlardan da 258-i inzibati heyət işçisi, 261-i ibtidai sinif müəllimi olub. Diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçən iştirakçılardan 238-i yalnız sertifikat, 262-si isertifikatla yanaşı kompüter, 19 ibtidai sinif müəlliminə isə prometan lövhə verilməsi nəzərdə tutulub. Maksimum bal toplayan 93 nəfər ibtidai sinif müəlliminə sertifikatla yanaşı prometan lövhə verilməsi nəzərdə tutulub".

Tədbir mövzu ətrafında diskussiyalarla davam etdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə