ABŞ-ın Vaşinqton Ştatının senatı ADU-da FOTO

ABŞ-ın Vaşinqton Ştatının senatı ADU-da FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) mayın 17-18-də ölkəmizdə keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vaşinqton Ştatının senatı Pam Roç universitetin professor-müəllim heyəti və ADU, həmçinin ölkənin digər ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları - Asim Mollazadə, Cavanşir Feyziyev, Rasim Musabəyov, Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin, Kanada parlamentinin vitse spikeri Jemi Şmeil iştirak edib.

Giriş sözü ilə çıxış edən rektor, professor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. İRK-da fəaliyyət göstərən Amerika mərkəzi haqqında qonaqlara məlumat verən Rektor Səməd Seyidov mərkəzin Azərbaycan-Amerika əlaqələrində, ADU ilə ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu qeyd edib.

ABŞ-ın Vaşinqton Ştatının senatı Pam Roç senator, həmçinin siyasətçi olaraq gördüyü işlər haqqında tələbələrə geniş məlumat verib. Öz iş təcrübəsindən danışan Pam Roç senator kimi ilk dəfə 1990-cı ildə fəaliyyətə başladığını bildirib. O, iş fəaliyyəti dövründə aldığı mükafatlar haqqında da söz açıb. Çıxışının sonunda P. Roç tələbələrə işlərində və dərslərində uğurlar arzu edib.

Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin tədbirdə iştirakından və tələbələrlə görüşdən məmnun olduğunu dilə gətirdi. Kanada haqqında danışan Bari Devolin Azərbaycanla ölkəsinin oxşar cəhətlərinin olduğunu bildirdi. O, Azərbaycana artıq dördüncü dəfə gəldiyini qeyd etdi və hər səfərində ölkənin daha da gözəlləşdiyinin şahidi olduğunu sözlərinə əlavə etdi. O, tələbələrə hər zaman öndə olmağı, dil biliklərini təkminləşdirməyi tövsiyyə etdi və uğurlar arzulayıb.

Tələbələrlə görüşdən məmnun olduğunu dilə gətirən Kanada parlamentinin üzvü Jemi Şmeil çıxışında Azərbaycana ilk səfəri olduğunu bildirdi. O, siyasətə gəlməmişdən öncə jurnalistik kimi fəaliyyəti göstərdiyini deyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdən öncə qonaqlar ADU-da fəaliyyət göstərən mədəniyyət və dil mərkəzləri ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə