İntiqam Babayev yeni təkliflərdən danışdı AÇIQLAMA

İntiqam Babayev yeni təkliflərdən danışdı AÇIQLAMA

"İşsizliyin aradan qaldırılması bilavasitə Gənclər və İdman Nazirliyinin səlahiyyəti çərçivəsində deyil. Gənclər və İdman Nazirliyi yalnız məşğulluqla bağlı və digər dövlət normativ sənədlər işləndikdə öz təkliflərini təklif etmə imkanlarına malikdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, gənclər üçün karyera mərkəzlərinin yaradılması gənclərin iqtisadi biliklərinin, peşə biliklərinin əldə edilməsinə hesablanıb: "Eyni zamanda, kütləvi şəkildə ilboyu aztəminatlı ailələrdən olan gənclər üçün kompyuter kursları təşkil edirik, müxtəlif peşə üzrə təlimlər həyata keçiririk. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bu gün işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil. Bu gün kifayət qədər iş yerləri açılır. Dövlət tərəfindən bu siyasət tənzimlənir. Bəzən gənclər hesab edir ki, özəl sektordan təqdim olunan iş və verilən maaş uyğun deyil. Yəni iş çox tələb olunur, maaş az verilir. Sahibkar da hesab edir ki, verilən maaş tələb olunan əməyə görə uyğundur. Belə məsələlər də var. Eyni zamanda gənclərimiz arasında maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac var ki, onlar təhsil almağa getdikdə ilk növbədə valideynlər də əmək bazarını monitorinq etməlidirlər. Baxmalıdırlar ki, bu gün Azərbaycan cəmiyyətində iqtisadi inkişafında hansı ixtisaslar daha önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə