Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "MBA proqramı" təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində yeniliklərin tətbiqinə başlayıb. SİA-nın xəbərinə görə, yeniliklərə uyğun olaraq proqramın Əsasnaməsi yenidən tərtib olunub. Tədris Konsepsiyası isə Avropa standartlarına uyğunlaşdırılıb. Burada elm və təhsil işinin yenidən təşkili və idarəedilməsi prioritetlərdən sayılır.
MBA Proqramı üzrə tədris planı müasir təhsilin əsas tələblərini özündə əks etdirib. Əvvəllər proqram üzrə 21 fənn tədris edilirdisə, yenilənmiş plana əsasən magistrlar 11 əsas və 3 seçmə ixtisas fənni üzrə təhsil alacaqlar.
Universitetin MBA proqramı üzrə tədris olunan fənlər ADİU-nun professor-müəllim heyəti ilə yanaşı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almış və öz ixtisası üzrə peşəkar fəaliyyət göstərən məzunlar, o cümlədən digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən təşkil olunacaq.
MBA proqramının hər bir ixtisası haqda geniş informasiyanın əks olunduğu bukletlər Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur.
ADİU-nun Elmi Şurasının 2014/2015-cü tədris ili üçün keçirilən ilk iclasında MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyaraq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB