"3 fənn üzrə göstərilən nəticəyə görə texnikumlara qəbul aparılacaq"

"3 fənn üzrə göstərilən nəticəyə görə texnikumlara qəbul aparılacaq"

"Gələn ildən xüsusi qabiliyyət tələb edən, idmançılara, musiqi və ifaçılıq sahəsində olan ixtisaslara buraxılış imtahanlarının nəticələrinə görə orta ixtisas məktəblərinə qəbul aparılacaq". SİA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

"Necə ki bu il 9 illik bazadan aparılıb, eləcə də gələn ildən 11 illik bazadan da, tibb texnikumları istisna olmaqla orta ixtisas məktəblərinə buraxılış imtahanlarının nəticələrinə görə müsabiqə aparılacaq. Bu da o deməkdir ki, buraxılış imtahanları bir az çətinləşəcək. Çünki imtahanda 3-cü əlavə fənn olacaq. Bunu 3 il bundan əvvəl elan etmişdik və artıq 2015-ci ildə tətbiq olunacaq. 3 fənn üzrə göstərilən nəticəyə görə orta ixtisas məktəblərinə qəbul aparılacaq. Söhbət qabiliyyət tələb edən ixtisaslardan gedir"- deyə, TQDK sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

O həmçinin qeyd edib ki, mövcud dəyişikliklər sahə mütəxəssisləri ilə araşdırılıb və ortaq məxrəcə gəlinib: "Hüquqi müstəvidə qərarlarının qəbul olunması üçün müvafiq addımlar atılıb. Cari ilin oktaybr-noyabr aylarında qaydalar təsdiq olunaraq dərc ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə