Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbul edəcək Elan

Məleykə Abbaszadə Sumqayıtda vətəndaşları qəbul edəcək Elan

TQDK sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhərində keçiriləcək qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış Qubadlı, Zıngilan, Şuşa rayonlarından məcburi köçkünlər iştirak edə bilərlər.

Sumqayıt şəhərində qəbul iyulun 4-də saat 11:00-da Sumqayıt şəhər Tarix Muzeyində (Sumqayıt şəhəri, Dostluq küçəsi. 4 m-r) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər. (eservices.tqdk.gov.az/SedrinQebulu). Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Sumqayıt, Abşeron və Xizi rayon təhsil şöbələrinə müraciətə edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə