Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədilə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən quru ərazidə daha 5 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcəkdir. Artıq yeni stansiyaların yerlərinin seçilməsi prosesi başa çatıb.
Yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini daha da yüksəldəcək.
Hazırda ölkə ərazisində ABŞ-ın "Kinemetrks" şirkətinin istehsalı olan 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB