"2013-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46,4 %-i (44895 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Sıfır balların faizi ən çox IV qrupun kimya fənnindəndir". Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.
Məlumata əsasən, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46,4 %-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib: "Belə abituriyentlərin yanlış cavablarının sayı düzgün cavabların sayından bir neçə dəfə aşağı olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB