Təhsil nazirinin müavini Ceyhun Bayramov xaricdə ali təhsil müəssisələrində təhsil alan gənclərin diplomlarının Azərbaycanda tanınması məsələsinə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı edən nazir müavini deyib ki, dünyanın istənilən universitetində təhsil alan məzunun sənədinin Azərbaycan dövlətində tanınması üçün müəyyən prosedurlardan keçməlidir: "Məzun sənədini prosedur qaydalarına uyğun olaraq, Təhsil Nazirliyinə təqdim etməlidir. Sənəd prosedurlara uyğundursa, notifikasiyadan keçir və sonda Nazirlik təhsil sənədini təsdiqləyir. Daha sonra xaricdə təhsil alan gənclərin Azərbaycanın təhsil sisteminə ixtisas uyğunluğu barədə sənəd verilir".
Ceyhun Bayramov bildirib ki, xaricdə birbaşa 3-cü və yaxud 4-cü kursa qəbul olunan və nəticədə diplomla təmin edilən şəxslərin sənədləri Təhsil Nazirliyi tərəfindən araşdırır, müddət baxımından həmin şəxsin faktiki olaraq ali təhsil müəssisəsində oxuyub-oxumamasına dair sorğular aparılır: "Bununla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətindən şəxsin məlumatlarını əldə edirik. Sözügedən təhsil müəssisəsinin ölkəsində hər hansı bir akkreditasiya və lisenziyası olması təsdiqlənməlidir. Hər hansı bir şəxs xarici təhsil müəssisəsində 1-2 il təhsil alırsa, Azərbaycanın Təhsil Nazirliyi tərəfindən onlara sənəd verilmir. Çünki bu cür təhsil alan şəxslər Təhsil Nazirliyinin tətbiq etdiyi proqram və tələblərə uyğun gəlmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB