"Təhsil Nazirliyi xaricdə oxuyub Azərbaycana qayıdan gənclərin işlə təminatı və onlar barədə bütün məlumatları özündə əks etdirəcək Karyera Planlama Mərkəzi yaratmağı nəzərdə tutur". SİA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Ceyhun Bayramov qeyd edib ki, mərkəz hələ yaranmasa da, bu istiqamətdə işlərə başlanılıb. Xaricdə təhsil alanların statistikası proqram üzrə vahid məlumat bazasında toplanmalı və qurumların ehtiyacları vahid mərkəzdə cəmlənməlidir: "Karyera Planlama Mərkəzi xaricdə təhsil alaraq Azərbaycana qayıdan məzunların özlərinə uyğun ixtisaslar üzrə işlə təmin olunmasına, həm də onların biliklərindən şirkətlər tərəfindən düzgün şəkildə faydalanmağa imkan verəcək. Azərbaycan hökuməti gənclərin xaricdə təhsil almasına xüsusi diqqət göstərir. Bu diqqətin bariz nümunəsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Builki qəbulla bağlı statistik məlumatlar nəzərə alınsa, proqramın başladığı dövrdən bu il də daxil olmaqla 2600-ə yaxın tələbə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın iştirakçısı olacaq. Bu günə kimi isə 550 nəfərə yaxın gənc bu proqram üzrə təhsilini başa vuraraq ölkəyə qayıdıb. Onların təhsilindən ölkənin müxtəlif sahələrində faydalanmaq lazımdır".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB