Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Təhsil Nazirliyinin bir qrup əməkdaşı cari ilin sentyabr ayının 23-dən 28-dək davam edən Təhsil Nazirliyinin sifarişi ilə Xəzər Universitetinin həyata keçirdiyi "İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə" adlı təlimdə iştirak ediblər. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlim Türkiyədən dəvət olunan mütəxəssis, beynəlxalq təlimçi professor Ata Tezbaşaran və Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Elza Səmədova tərəfindən aparılıb. Təlim zamanı "Təhsildə ölçmə və qiymətləndirmə", "Müasir və klassik test nəzəriyyələri (IRT, CTT)" , "Beynəlxalq Qiymətləndirmə Proqramları (PISA, TIMSS, PIRLS)", "Məktəblərdə aparılan qiymətləndirmə və monitorinqlər", "Təhsilin keyfiyyətinin yüksəldilməsində qiymətləndirmə nəticələrindən istifadə", "Fənn kurikulumlarının tətbiqi problemləri" və s. mövzularda təqdimatlar nümayiş etdirilmiş və qrup müzakirələri təşkil olunub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB