Sədrdən nazirin fikrinə MÜNASİBƏT

Sədrdən nazirin fikrinə MÜNASİBƏT

"Ali məktəblər üçün vakant yerlərə dair qəbul planı, plan yerlərinin sayı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təsdiqlənmir. Bütün təkliflər Prezident yanında Təhsil Komissiyasında toplanır". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun "Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır" fikrinə münasibət bildirərkən deyib. Komissiya sədri bildirib ki, həmin təkliflər ilk öncə Təhsil Nazirliyi və Nazirlər Kabinetinə də təqdim olunur: "Bu təkliflərə dair müxtəlif nazirliklər-İqtisadi İnkişaf, Maliyyə nazirlikləri də öz fikirlərini bildirirlər. Çünki ali məktəblərin imkanları və digər parametrləri əsasında bu məsələlər müzakirə edilir. Həmin planlar və vakant yerlərin say tərkibi isə Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiq edildikdən sonra icrası üçün komissiyaya təqdim olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə