Tələbə qəbulu kampaniyasının başlanması ilə əlaqədar olaraq abituriyentlər tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) dövlət sifarişli yerlər haqqında məlumat almaq üçün çoxsaylı müraciətlar daxil olur. TQDK-dan SİA-ya verilən xəbərə görə, komissiya bunu nəzərə alaraq abituriyentlərin diqqətinə çatdırır ki, 2012/2013-cü, 2013/2014-cü və 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə bağlı tələbə qəbulunun proqnozu TQDK-nın 2011-ci ildə nəşr etdiyi "Məlumat kitabı"nda dərc edilib. Maraqlananlar jurnalı elektron formada http://tqdk.gov.az/ejurnal/ ünvanından əldə edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB