TQDK nəticələri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 3-də cari tədris ili üçün keçirilən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bakalavrlar imtahan nəticələrini komissiyanın internet saytından (www.tqdk.gov.az), o cümlədən Azercell, Bakcell və Nar Mobile abunəçiləri olan bakalavrlar 7727 nömrəsinə SMS göndərməklə nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də keçiriləcək. Magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə