Təhsil Nazirliyi gələn ilin dərslik hazrlığında TQDK-nın verdiyi məlumatlardan yararlanacaq
"Son günlər respublikanın bir sıra regionlarına qar yağması məktəblərdə ciddi fəsadlar törətməyib". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, hələlik məktəblərdə heç bir təhlükə yoxdur: "Məktəblərin bağlanmasından isə söhbət gedə bilməz".
Nazir eyni zamanda TQDK-nın dərsliklərlə bağlı keçirdiyi monitorinqin nəticələrindən də danışıb. O vurğulayıb ki, bununla bağlı, Təhsil Nazirliyinə rəsmi olaraq bildiriləcək. Monitorinqin nəticəsində əldə olunan yeniliklər barədə gələn ilin dərslik hazırlığında verilən məlumatlardan yararlanacağıq.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB