"Hər bir universitet məcbur olacaq ki, yeni maliyyə sistemilə bağlı strategiya hazirlasin". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
O bildirib ki, artıq universitetlərin bütün yükü dövlətin üzərinə düşməyəcək: "Dövlət sifarişilə təhsil alan tələbələrin təhsil xərclərini dövlət, ödənişli təhsil alanların təhsil haqqını isə tələbələr özləri ödəyəcək. Universitetlər yalnız bu iki mənbədən daxil olmuş vəsait hesabına idarə olunacaq".
Nazir onu da qeyd edib ki, gələcək də dövlətin maliyyə imkanlardan aslı olaraq bu məbləğin artırılması baş verə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB