"Bu gün ali məktəblərdəki müəllim hazırlığı orta məktəblərdəki müəllim hazırlığından geri qalır". SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov "Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı" ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, artıq təhsildə yeni təcrübə və texnologiyalardan istifadə olunur: "Ali məktəblərimiz orta məktəblərimizdə gedən təhsil prosesindən xəbərsizdir. Müəllim hazırlığında universitetlər orta məktəblərdən geri qalır. Məzunlar müəllimlik sənətinə yeni işləməyə başladıqları məktəblərdə tədricən yiyələnirlər. Halbuki, onlar orta məktəblərə tam hazır gəlməli, ali məktəbdə öyrəndiklərini orta məktəblərdə tətbiq etməlidirlər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB