Azərbaycandan xaricə işləməyə gedənlər test imtahanı verməli olacaqlar. Bunu SİA-ya açıqlamasında AMEA-nın Dilçilik İnstitunun direktoru Fəxrəddin Veysəlli deyib. O bildirib ki, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında dilin xaricdə təbliği ilə bağlı bir sıra yeniliklərin eidlməsi nəzərdə tutulur. F.Veysəllinin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar üçün elektron dərsliklərin hazırlanması, internet vasitəsilə verilişlərin, dərslərin qurulması planlaşdırılır.
"Bundan əlavə, dillə bağlı materialların vahid elektorn bazası yaradılacaq ki, istənilən ölkədə yaşayan azərbaycanlılar bunlardan istifadə edə bilsin. Dünya azərbaycanlıların yeni televiziya kanalı da yaradıla bilər. Bugün bir sıra kanallar xaricdə yayımlanır. Amma onların daxili verilişlərin xaricdə yayımlanacaq verilişlərin məzmunu eyni deyil. Ona görə də onların mümdəricatında dəyişiklik edilməlidir. Xaricdə başqa tələblər var və bunlara uyğun iş görmək lazımdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB