Zaqatalalı şagirdlər buraxılış imtahanlarından azad ediləcək

Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdləri buraxılış imtahanlarından azad ediləcək. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Komissiya sədrinin sözlərinə görə, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət belə edilib. O bildirib ki, həmin məktəblərlə bağlı məsələyə baxılacaq və orada oxuyan şagirdlər imtahanlardan azad olunacaqlar. Həmin şagirdlərin qiymətləndirilməsi illik qiymət əsasında aparılacaq. Qeyd olunub ki, FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə