“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırıldı

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırıldı

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" Rəsm Qalereyasında baş tutan tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, millət vəkili Fuad Muradov və digərləri iştirak edib.

Q.Novruzov bildirib ki, müsabiqənin məqsədi uşaq və gəncləri ümummilli lider Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etmək, istedadlı yaradıcı gəncləri üzə çıxarmaqdan ibarətdir: "Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan rəsm müsabiqəsi 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin respublika mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan seçim əsasında müsabiqə iştirakçıları arasından 27 nəfər qalib müəyyənləşdirilib".

Tədbirin sonunda müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə