Ali məktəblərə ərizə qəbulu sisteminə həsr olunan seminar-məşğələ keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları ilə seminar-məşğələ keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminarda komissiyanın inzibati binasından komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub. Tədbirdə komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, sektor müdirləri Hidayət Zeynalov və İlqar Allahverdiyev, regional bölmələrin əməkdaşları, 50-dək Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak ediblər.
Seminar-məşğələni giriş sözü ilə açan A.Bağırov ərizə qəbulu ilə bağlı geniş məlumat verib. Qeyd edib ki, builki qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirirlər. Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib. Daha sonra SQK üzvlərinə "elektron ərizə" qəbulu sisteminin proqram təminatı barədə məlumat verilib.
Qeyd edək ki, cari ildə abituriyentlərin "elektron ərizə"lərini rahat şəkildə təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 128 SQK təşkil olunub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB