Xarici mütəxəssislər Milli Onkologiya Mərkəzində olublar

Xarici mütəxəssislər Milli Onkologiya Mərkəzində olublar

Cənubi Merlen Ştatının Radiosion Onkoloji Mərkəzlərinin tibbi direktoru Naqşiç Paris və Laptala şəhərinin Uroloji Mərkəzinin direktoru Vladimir Kakitilaşvili Milli Onkologiya Mərkəzi ilə yaxından tanış olublar. SİA-nın xəbərinə görə, qonaqlar Azərbaycanda 650 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etopanagezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib. Onlar yüksək standartlara və müasir dövrün tələblərinə uyğun olduğunu bildiriblər.

Qonaqlar mərkəzin fəaliyyətinə uğurlar və yeni nailiyyətlər arzulayıb, gələcəkdə bu tibb müəssisəsi ilə birgə əməkdaşlığın qurulmasından məmnun olacaqlarını söyləyiblər.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzi dünyanın aparıcı tibb müəssisələri ilə yaxından əməkdaşlıq edir. Mərkəzin əməkdaşları Türkiyə, İngiltərə, Almaniya, İsveçrə, ABŞ və başqa ölkələrdən olan həmkarları ilə bərabər elmi araşdırmalar aparırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə