Qulu Novruzov: “Qara siyahı” sözü saxta diplom mənasını vermir\"

Qulu Novruzov: “Qara siyahı” sözü saxta diplom mənasını vermir\"

\"Ötən gün keçirilən konfransda TQDK sədri Məleykə Abbaszadə bəzi mətbuat orqanlarının yazdığı kimi "saxta diplom" sözünü işlətməyib, orada "qara siyahı" sözünü səsləndirib ki, bu da saxta diplom mənasını vermir\". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

"Bu gün Azərbaycanda xarici ölkələrdən Azərbaycan ali təhsil müəssisələrinə köçürülən tələbələr var. Əgər bu gün Türkiyədə təhsil alan azərbaycanlı tələbə ailə vəziyyəti ilə əlaqədar Azərbaycana köçürsə, TQDK keçirən imtahanda iştirak etmirsə, bunun \"qara siyahı\"ya salınmasını başa düşə bilmirəm", - deyə o bildirib.


Qulu Novruzov həmçinin bildirib ki, bu proses qeyri-qanuni hesab olunmur və tam qanunidir "22 323 diplomun \"qara siyahı\"ya düşməsi barədə dünən verilən açıqlamaya gəlincə isə, nazir müavini bildirib ki, onlar digər ölkələrdən köçürülən tələbələr ola bilər. \"Sadəcə onlar TQDK-nın imtahanlarında iştirak etməyiblər, lakin Təhsil Nazirliyi tərəfindən onlara qanuni diplomlar verilib\", - deyə Qulu Novruzov deyib.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə