Təhsil naziri Misir Mərdanov doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu əmrdə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamını elan edib.
Sərəncamın məqsədi dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirməkdir. Bu sərəncama görə, doktorantlara, ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə, magistr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, bakalavr pilləsi üzrə əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, orta ixtisas təhsili müəssisələrində əla, əla və yaxşı, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə müəyyən edilmiş aylıq təqaüdlərin məbləğləri ötən ilin dekabrın 1-dən 10 faiz artırılıb.
Sərəncamının icrası ilə əlaqədar verilən nazirin əmrində ali təhsil müəssisələrinin rektorlarına, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırıqlar verilib. Onlar təqaüd məbləğlərinin artımı ilə bağlı müvafiq hesablamaların, həmçinin təqaüd alan tələbə və şagirdlər barədə məlumatların nazirliyin iqtisadiyyat şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Nazirliyin iqtisadiyyat şöbəsinə bildirilib ki, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə kredit açılışı zamanı həmin təhsil müəssisələrində təhsil alan tələbə və şagirdlərə, həmçinin doktorantlara təqaüdlərin göstərilən artımla ödənilməsi üçün lazımi məbləğdə vəsaitin köçürülməsini təmin etsinlər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB