Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatı yeni layihə həyata keçirir. SİA-nın xəbərinə görə, bu layihənin əsas məqsədi ölkə universitetləri tarixində ilk dəfə məzun klubunun yaradılmasıdır. "AzTU Məzun Klubu" adlanacaq klubda Azərbaycan Texniki Universitetini bitirən və hazırda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında böyük rol oynayan və ya karyeralarında böyük uğurlar qazanan insanların şəbəkəsi yaradılacaq.
Layihə çərçivəsində həmin insanların universitet dövründə keçdiyi uğur yolu və qazandığı biliklər, universitetdəki fəaliyyətinin indiki həyatlarında tutduğu rol, habelə hal-hazırda bu universitetdə təhsil alan tələbələrə arzu və məsləhətləri yer alan müsahibələr toplusu yığılacaq. Bundan əlavə, internet vasitəsilə həmin insanların şəbəkəsi formalaşdırılacaq ki, bunun da nəticəsində artıq məzunlar da universitetdə baş verən hadisələr barədə məlumatlı olacaq. Layihənin gələcək məqsədlərində məzunları da gələcək layihələrə cəlb etmək durur.
Layihənin rəhbəri Azərbaycan texniki Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Samir Qədirovdur. Bu layihə ABŞ-ın İREX təşkilatının dəstəyi ilə keçirilir. Fevral ayından müsahibələrin keçirilməsinə başlanılacaq və sonra həmin videoların təqdimatı olacaq. Bununla bərabər sözügedən videolar həm də məhşur sosial şəbəkələrdə yerləşdiriləcək. Bu isə universitetin ictimaiyyətə daha yaxın olmasına və müsbət imicinin möhkəmlənməsinə dəstək olacaq.
Xatırladaq ki, sözügedən layihəxarici dövlət universitetlərində çoxlu rast gəlinsə də ölkədə fəaliyyət göstərən ali təhsil müəssələri arasında il təşəbbüsdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB