ATİ-nin bir qrup əməkdaşı Beynəlxalq Təcrübə Mübadiləsi kursunun dinləyicisi olub
Azərbaycan Turizm İnstitutunun bir qrup əməkdaşı Doğu Akdeniz Universitetində (DAU) "XXI əsrdə Turizmin və Mədəniyyətin Menecmentinin tədrisində Kurrikulumun rolu" mövzusuna həsr olunan təcrübə mübadiləsi kursunun dinləyicisi olub. SİA-nın xəbərinə görə, yanvarın 28-dən fevralın 5-dək davam edən beynəlxalq mübadilə kursunda ATİ-nin əməkdaşları əsasən TedQual sertifikatının alınması üçün lazımi sənədləşmə və prosedurlarla tanış olub, sillabus və kurrikulumların tərtibatı üzrə təcrübə mübadiləsi aparıb, gələcək əməkdaşlığın parametrlərini yenidən nəzərdən keçiriblər. Azərbaycan Turizm İnstitutu Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika- riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli müxbirimizə açıqlamasında bildirib ki, səfər çərçivəsində, o cümlədən ATİ ilə DAU arasında tələbə mübadiləsi, yay məktəbinin və dil kurslarının təşkili, magistrlər üçün ikili diplom proqramlarının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb, "Elektron Şəbəkə Dərs Sistemi və Moodle Texnologiyaları 2012" mövzusuna həsr edilən beynəlxalq kursda iştiraka dəvət təklifi alınıb.
Qeyd edək ki, ATİ-DAU arasında bağlanmış əməkdaşlıq müqaviləsi sıradan bir sənəd deyil, təhsil və təcrübə sahəsində faydalı əməkdaşlığı ehtiva edən göstəricidir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB