Cari il ərzində məktəbdənkənar təhsil müəssisələrində uşaq və yeniyetmələrin bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının müəyyənləşdirilməsi, istedadlarının üzə çıxarılması ilə əlaqədar müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının SİA-ya verdiyi xəbərə görə, tədbirlər çərçivəsində müxtəlif sərgi, müsabiqə və festivalların, idman yarışlarının keçirilməsi, muzeylərə, tarixi əhəmiyyətli ərazilərə, hərbi hissələrə ekskursiyalarının təşkili nəzərdə tutulur.
O bildirib ki, bu müddətdə müxtəlif mövzulu dəyirmi masaların təşkili, həmçinin bir sıra dövlət proqramlarının icrası ilə əlaqədar məktəbdənkənar təhsil müəssisələrində tədbirlərintəşkili planlaşdırılır: "Bundan əlavə, mövcud sistemin daha təkmilləşdirilməsi məqsədilə təlim-tərbiyə müəssisələrində uşaq və yeniyetmələrə dövlət rəmzlərininöyrədilməsiişinin təşkili,xüsusi qabiliyyəttələb edən sahələrdəistedadları iləfərqlənəndərnək üzvlərihaqqında məlumatbankının yaradılacaq. Ailə-məktəb əlaqələrinin möhkəmləndirilməsi ilə əlaqədar profilaktik tədbirlər və "Məktəbdənkənar təhsil müəssisələrində metodiki işin təşkili" mövzusunda təlimati seminarın təşkili də gələn il görüləcək işlərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB