Nazir idmanın şahmat və futbol növlərinin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlərdən söhbət açaraq 2011-ci ildə Ağcabədi, Quba, Xaçmaz və Ucarda şahmat məktəbləri üçün yeni binaların istifadəyə verildiyini nəzərə çatdırıb. Cari ildə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəblərinin müxtəlif mebel dəstləri, kompüter, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıqlar və əyani vəsaitlərlə təmin edildiyini söyləyən nazir ümumtəhsil məktəblərində şahmatın tədris olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Misir Mərdanov bildirib ki, 2011-ci ildə də şahmat məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında 14-ü qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 38 medal, Avropa, dünya birinciliklərində və çempionatlarında isə 5- i qızıl, 3-ü gümüş, 2- i bürünc olmaqla 10 medal qazanıblar. Təhsil naziri respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançıların, onların təmsil etdikləri məktəblərin adlarını sadalayıb və bu uğurların davamlı olacağına inamını ifadə edib. Təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə ənənəvi olaraq hər il keçirilən respublika müsabiqəsində 159 idman məktəbinin iştirak etdiyini nəzərə çatdıran nazir qalibləri təbrik edib və onlara uğurlar arzulayıb. Sonra 12 nominasiya üzrə keçirilmiş respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, millət vəkili Rauf Əliyev, millət vəkili Ülvi Quliyev, təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin rəhbərləri, məşqçi-müəllimlər və idmançılar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB