2011-2012-ci tədris ili üçün tələbə qəbulunun yekunları ilə bağlı elmi statistik təhlilinin nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun yekunları ilə bağlı elmi statistik təhlilinin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu il respublikanın ali təhsil müəssisələrinə 31 min 419 tələbə qəbulu nəzərdə tutulmuşdu.
Onun sözlərinə görə, onlardan 54 yerə qəbul imtahanlarında
müsabiqədənkənar iştirak edən abituriyentlər daxil olub. Qalan 21 min 223 yer
Azərbaycan, 2615 yer rus bölməsi üçün ayrıldığını
deyən M.Abbaszadə vurğulayıb ki, 7527 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün
nəzərdə tutulmuşdu: "Qəbul planının 26 min 384 yeri dövlət, 5035 yer özəl təhsil
müəssisələrinin payına düşüb. 10 min 516 yer ali təhsil müəssisələrinə dövlət
sifarişi əsasında qəbul üçün nəzərdə tutulmuşdu".
Komissiya sədri vurğulayıb ki, ali təhsil müəssisələrinə
müsabiqədə iştirak etmək hüququ qazananların 86,96 faizi Azərbaycan, 13,04
faizi isə rus bölməsinin abituriyentləri olub. Onun sözlərinə görə, birgə
müsabiqə üçün olan yerləri nəzərə almasaq, bu bölmələr ayrılan qəbul planının
89,03 faizi Azərbaycan, 10,97 faizi isə rus bölməsinin payına düşüb.
"Builki qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında ayrılan 10 min 462 plan yerinə 9601 abituriyent qəbul olunub və plan 91,77 faiz yerinə yetirilib", - deyə o əlavə edib.
M.Abbaszadə Azərbaycanda müəllimlərin bilik səviyyəsini qaldırmağa ehtiyacın olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkədə təhsil sahəsində müxtəlif proqramlar həyata keçirilir, infrastruktur yaradılıb: "Amma dərs deyənlərin və dərsliklərin səviyyəsini qaldırmaq lazımdır. İslahatlar o zaman uğurlu olur ki, onun nəticələri də islahatlara uyğun olsun. İşlər təbii ki, aparılır, amma nəticələr o qədər də qənaətbəxş deyil. Təhsil sahəsində idarəetmədə də çox ciddi islahatlar həyata keçirmək lazımdır. Azərbaycanda bu istiqamətdə ölkə prezidenti tərəfindən siyasi iradə var. İndi hər şey bizdən, təhsil işçilərindən asılıdır. Hər kəs öz işini vicdanla yerinə yetirsə, nəticələr də yaxşı olar. Biz Qarabağ uğrunda mübarizənin məktəbdə elan etməliyik. Özümüzü məktəbdə yox, cəbhədə hiss etməliyik. Biz bilikli əsgər böyütsək, Qarabağda müharibəni udacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB