ADU-da Oslo Universitetinin professoru Roger Solberglə görüş keçirilib

ADU-da Oslo Universitetinin professoru Roger Solberglə görüş keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Oslo Universitetinin Linqvistika və Skandinaviya araşdırmaları kafedrasının professoru Roger Solberglə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev və fakultənin müəllimləri iştirak edib. M.Əliyev qonağı müəllimlərə təqdim edərək görüşün məqsədinin Dil dərslərində tələbə fəaliyyətinin müxtəlif yollarla qiymətləndirilməsi olduğunu bildirib.

Roger Solberg çıxışında Dil imtahanları zamanı tələbələrin şifahi, yazılı biliklərinin qiymətləndirilməsi haqqında müəllimlərə məlumat verib. İmtahanın iki hissədən ibarət olduğunu qeyd edərək bildirib ki, bu zaman tələbələrin danışıq, eşidib–anlama, oxu və yazı, eyni zamanda qrammatika və fonetika üzrə bilik və bacarıqları yoxlanılır. Qonaq həmçinin, şifahi imtahan zamanı tələbələrə 20 dəqiqə, yazılı imtahan zamanı isə 4 saat vaxt verildiyini sözlərinə əlavə edib.

Tədbirdə Azərbaycan Dillər Universiteti ilə Oslo Universitetinin imtahan sistemini müqaisə olunub və suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə