Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi aparılan tədqiqatların nəticəsini açıqladı
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bir sıra məsələlərlə bağlı apardığı tədqiqatların nəticəsini açıqlayıb. SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının keçmiş rəisinin güllələnməsi ilə bağlı ilkin ekspert rəyini açıqlayan birliyin baş direktoru Şakir Musayev bildirib ki, rəis başından aldığı bir güllə yarasından dünyasını dəyişib. Onun sözlərinə görə, hazırda ekspertiza mərhumun hansı növ silahdan açılan atəş nəticəsində öldüyünü, silahın hansı məsafədən açıldığını, silahdan atəş açılan zaman zərərçəkənin hansı vəziyyətdə olduğunu araşdırır.
Ş.Musayev peşə məktəbinin 16 yaşlı şagirdinin ölümü ilə bağlı ekspertizanın rəyini də qeyd edib. O vurğulayıb ki, məktəblinin ölümünə ona qoyulan mantu sınağı səbəb olmayıb: "Belə ki, şagirdin meyitinin ekspertiza zamanı onda şokla bağlı heç bir əlamət aşkar edilməyib. Ekspertizanın rəyinə görə, şagirdin ölümünə ağciyərlərində keçirdiyi interstitial pnevmoniyanın əlamətləri, metral qapağında revmatizm mənşəli zədələnmə, ürək əzələsinin hipertrubasiyası nəticəsində inkişaf edən kəskin ürək-ağciyər çatışmazlığı səbəb olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB