Ukraynanın Lvov şəhərində "Geoloji mühitin proqnozlaşdırılmasının və monitorinqinin geofiziki texnologiyaları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, Ukrayna Elmlər Akademiyasının Geofizika İnstitutunun Karpat bölməsi, Ukrayna Təhsil, Elm, Gənclər və İdman Nazirliyi və digər dövlət qurumlarının təşkil etdiyi tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev də qatılıb. O, "Yerin daxili strukturlarında sıxlaşma, azsıxlıqlı zonaların əmələgəlməsi və faza çevrilmələrinin deformasiya müşayiətləri" adlı məruzə ilə çıxış edib. Tədbirə Rusiya və Polşa alimləri də qatılıblar.
Konfransa təqdim olunan məruzələrin tam mətnləri "Lvov Politexnik" Milli Universitetinin nəşri olan "Geodinamika" jurnalının builki ikinci nömrəsində dərc olunub. H.Quliyev Azərbaycanı Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) rəhbər heyətinin Kiyevdə keçirilən illik hesabat toplantısında da təmsil edib.
Toplantıda Avropa İttifaqı, ABŞ, Kanada, Gürcüstan və Moldovadan da alimlər iştirak ediblər. Hesabatda bildirilib ki, UETM bundan sonra "Məqsədyönlü layihələr" adı altında müştərək tədqiqatlara dəstək olacaq.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB