Azərbaycan Turizm İnstitutunda doktorantların seçimi başa çatıb

Azərbaycan Turizm İnstitutunda doktorantların seçimi başa çatıb

Azərbaycan Turizm İnstitutunda fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb. SİA-nın xəbərinə görə, qəbul zamanı ixtisas uyğunluğu, xarici dil bilmə qabiliyyəti nəzərə alınıb.

Bununla yanaşı, namizədlərin fəaliyyətinə müvafiq apardığı tədqiqatları şərtləndirən elmi məqalələrin, eləcə də çıxış üçün təqdim olunmuş materialların dərci, müxtəlif konfranslarda iştirakı, elmi pedaqoji fəaliyyəti əsas göstəricilər hesab olunub. ATİ-yə doktorantura proqramı üzrə sənəd verən namizədlərdən 9-u əyani və qiyabi şöbəyə, 7-si isə dissertanturaya qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə