2015-ci ilədək Dövlət Proqramı çərçivəsində 5 minədək tələbə xaricdə təhsil alacaq
Təhsil Nazirinin müavini Qulu Novruzov "Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xaricdə təhsil alması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı yaranmış problem barədə yayılan xəbərlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Qulu Novruzov bildirib ki, tələbələrin təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsində yaranan problemlə bağlı nazirliyə anonim müraciət edilib. Onun sözlərinə görə, bu müraciətlər əsassızdır və proqramın maliyyələşdirilməsində heç bir problem yoxdur.
Nazir müavini qeyd edib ki, proqramın maliyyələşdirilməsi mexanizmi tələbə xaricə gedən kimi bu vəsaiti ona ödəməyə imkan vermir: \"Maliyyələşmə Dövlət Neft Fonunun vəsaiti hesabına olduğundan nazirlik vəsaiti sifariş edib aldıqdan sonra müvafiq maliyyə əməliyyatları aparır. Bu da təbii ki, müəyyən vaxt çəkir. Nazirliyə də maliyyə təminatı barədə problemlərin olması haqda müraciətlər olub. Biz araşdırdıq. Belə bir fakt aşkar olunmadı. Bizə irad tuturlar ki, sadə ailələrin övladları bu proqram çərçivəsində xaricdə oxumurlar. Heçə də belə deyil. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların böyük əksəriyyəti ailə büdcəsi hesabına oxuya bilməyənlərdir".
Q.Novruzov əlavə edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində bu il 400-ə yaxın tələbə xaricdə təhsil almaq üçün göndərilib: "Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələblərin təhsil və yaşayış xərclərinin ödənilməsi ilə bağlı Dövlət Neft Fondu tərəfindən ayrılan büdcə 50 faiz artırılıb. Belə ki, ötən il bu məbləğ 10 milyon manat olubsa, bu il 15 milyon manat təşkil edib.Bir sözlə, 2015-ci ilədək Dövlət Proqramı çərçivəsində 5 minədək tələbinin xaricdə təhsil alması təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB