Şərq tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması müzakirə edilir
Azərbaycan Respublikası Təhsil nazirliyi və Avropa komissiyasının birgə təşkilatçılığı ilə Bakıda "Şərq tərəfdaşlığı ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılması" mövzusunda beynəlxalq seminar davam etdirilir. SİA-nın xəbərinə görə, seminarda Şərq tərəfdaşlığı və Avropa komissiyasının ekspertləri də daxil olmaqla 70 nəfərə yaxın nümayəndə iştirak edir. Tədbirin keçirilməsində əsas məqsədi isə Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdə müəllim hazırlığı və ixtisasının artırılması ilə bağlı mövcud məsələlərin müzakirəsi, bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi və gələcək prespektivlərinin müəyyənləşdirilməsi, eləcə də iştirakçıları bu mühüm mövzu ətrafında siyasi dialoqa cəlb etmək idi. Qeyd edək ki, tədbir Şərq tərəfdaşlığı 4-cü Platformu çərçivəsində təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB