Humboldt Universitetinin müəllim və tələbə heyəti Azərbaycanı öyrənir
Almaniyanın Humboldt Universitetinin ölkədə səfərdə olan müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Qəbələ rayonuna yola düşüb. Qəbələdə rayonunda günün ikinci yarısı baş tutan görüşdə qonaqları Rayon İcra Hakimiyyətinin başçıcı Səbuhi Abdullayev qəbul edib. Görüş zamanı rayon icra başçısı qədim Albaniyanın paytaxtı olan Qəbələ haqqında, Qəbələnin iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, rayonda keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verib. Daha sonra qonaqlar bir zamanlar qədim Albaniyanın paytaxtı, bu gün isə Qəbələ şəhərinin xarabalıqları olanÇuxur qoruğu ilə tanış olublar.
Bu gün isə qonaqlar Qəbələnin Nic kəndi ilə tanışlıqdan sonra Şəki şəhərinə yola düşəcəklər. Şəkidə Xan Sarayı, İpək toxuma müəssisəsinə gedib, Kiş kəndi və Tarix muzeyini ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB