BDU ilə Ukrayna universiteti arasında anlaşma memorandumu imzalanıb
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov O.Qonçar adına Dnepropetrovsk Milli Universitetinin (Ukrayna) rektoru Nikolay Viktoroviç Polyakovu və elmi-pedaqoji iş üzrə prorektoru Sergey Aleksandroviç Çernetski ilə görüşüb. SİA-nın xəbərinə görə, universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmovəsasən onun beynəlxalq əlaqələrindən danışıb.
O.Qonçar adına Dnepropetrovsk Milli Univeristetinin rektoru Nikolay Viktoroviç Polyakov Bakı Dövlət Universiteti ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyini qeyd edib. Görüşün nəticəsi olaraq univeristetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB